22 İyul 2021 17:08
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Şimal axını-2” qaz kəməri ilə əlaqədar ABŞ və AFR arasında mövcud fikir ayrılıqları aradan qaldırılıb.

Teleqraf.com xəbər verir ki, tərəflər arasında əldə edilmiş razılaşmaya görə, Vaşinqton “Nord Stream-2 AG” şirkətinə və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyəcək. Berlin isə öz növbəsində Ukraynada energetikanın inkişafına kömək etməyi öhdəyə götürüb. Nəhayət, hər iki tərəf qazın Ukrayna ərazisindən keçməklə daşınmasına təminat vermək məqsədilə “Qazprom” ilə Ukrayna arasında kompromis əldə edilməsi prosesi üzərində işləyəcək.

Xatırladaq ki, “Nord Stream-2 AG” şirkəti “Şimal axını-2” kəmərinin sahibidir. Ukrayna isə ərazisindən Rusiya qazının nəql edilməsi marşrutu keçən digər Şərqi Avropa ölkələri ilə birlikdə hələ də “Şimal axını-2” layihəsini bağlamağa çağırır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər