22 İyul 2021 22:54
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Angela Merkel qalmaqallı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, Türkiyənin Avropa Birliyinə üzv ola biləcəyini düşünmədiyini, amma qaçqınlarla bağlı razılaşmanın davam edəcəyinə ümid etdiyini bildirib.

“Türkiyənin AB-yə üzv ola biləcəyini düşünmürəm, hələ də bunu görmürəm. Bununla yanaşı, hələ də Türkiyə ilə çox yaxşı əlaqələr qurmağa çalışırıq. ürkiyə bu nöqtədə böyük işlər gördü və biz onu dəstəklədik. Qaçqınlar üçün daha 3 milyard avro ödəyəcəyik. Əlbəttə bu, Türkiyənin xərclədiklərinin yalnız kiçik bir hissəsidir. Amma hamını qəbul edə bilmərik və onların vəziyyəti Türkiyədə yaxşıdır. Ümid edirəm qaçqınlarla bağlı Türkiyə ilə əldə etdiyimiz anlaşma davam edəcək”, - Merkal vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər