23 İyul 2021 22:39
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündə ondan Dövlət Departamentinin maliyyələşdirdiyi “Azadlıq” radiosunun fəaliyyətinə Rusiya Ədliyyə Nazirliyi tərəfindən qoyulan qadağanı ləğv etməsini istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

Lavrov buna bənzər qanununun ABŞ-da çoxdan mövcud olduğunu və Rusiya mediasına qarşı fəal şəkildə istifadə olunduğunu deyib.

“Rusiya dövləti sadəcə güzgü effekti nümayiş etdirdi və Amerika ilə eyni şəkildə davrandı”, - nazir deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər