24 İyul 08:25
248

Rusiyanın Xabarovsk diyarında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, hadisə yerinə xilasedicilərdən ibarət operativ qrup göndərilib.

Məlumata əsasən, Kalinka kəndi yaxınlığında baş verən qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Bildirilir ki, xəsarət alan şəxs xəstəxanaya çatdırılıb, onun vəziyyəti barədə məlumat yoxdur.

Qəzanın səbəbi bildirilmir.


Müəllif: Teleqraf.com