Hindistanda 17 yaşlı qız cins şalvar geyindiyi üçün ailəsi tərəfindən çubuqla döyülərək öldürülüb.
Teleqraf.com xəbər verir ki, 17 yaşlı Nexa Pasvanın həyatına son qoyan hadisə Uttar Pradeş ştatında baş verib.
Evdə paltar üstündə düşən mübahisədə gənc qız babası və əmisi tərəfindən çubuqla ağır döyülüb.
“Gün ərzində oruc tutdu. Axşam cins şalvar və üst paltarını geyinib rituallarını yerinə yetirdi. Babası və nənəsi onun paltarına etiraz edəndə Nexa cinslərin geyinmək üçün tikildiyini və onu geyəcəyini söylədi”, - anası olay haqda danışarkən deyib.
Getdikcə böyüyən mübahisə şiddətə səbəb olub. Qız huşunu itirəndə yaxınları təcili yardım xidmətinə zəng edərək, onu xəstəxanaya çatdırıblar.
“Mənə onlarla getməyə imkan vermədilər”, - anası söyləyib.
Ertəsi gün səhər kənddə qızın cəsədinin Gəndək çayı üzərindəki körpüdən asılması barədə şayiə yayılıb. Həmin cəsədin Nexaya aid olduğu üzə çıxıb.
Polis Nexanın nənəsi, əmisi, xalası, əmisi oğlu və avtomobil sürücüsü də daxil olmaqla 10 nəfərə qarşı cinayət işi açıb.