29 İyul 2021 00:42
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın elm adamları Çinin nüvə başlıqlı raketlərini yığmaq üçün ölkənin qərbində baza qurduğunu iddia ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika Alimləri Federasiyası məlumat yayıb.

Peyk fotolarına görə, Çinin Sincan əyalətində inşası davam edən nüvə raket sahəsində təxminən 110 silos var. Məlumata görə, bu, Qərbi Çində son iki ayda inşa edilən ikinci yeni silos sahəsidir. “Vaşinqton “Post” keçən ay Qansu əyalətinin Yumen bölgəsində 120 silos göründüyünü yazmışdı.

Hesabata görə, Yumendən təqribən 380 kilometr şimal-qərbdə yerləşən Hami bölgəsində yeni poliqon inşa edilir.


Müəllif: Mənsur Rəğbətoğlu