30 İyul 2021 14:34
1 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

“KTMT Azərbaycanla sərhəddəki gərginlikdə Ermənistana yardım etməsə, bu təşkilatın gələcəyini sual altında qoyacaq”.

Teleqraf.com xəbər verir ki, bunu erməni türkoloq Ruben Safrastyan deyib.

Baş nazir Nikol Paşinyanın KTMT-nin monitorinq missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi ilə bağlı son təklifini şərh edən türkoloq “Rus NATO-su”nun bunu nəzərdən keçirməli və ciddi şəkildə müzakirə etməli olduğunu bildirib:

“Əgər bu dəfə KTMT yaradıldığı əsas funksiyaları həyata keçirə bilməyəcəksə, bu, bu təşkilatın gələcəyini çox böyük sual altına qoyacaq”.

Qeyd edək ki, Paşinyanın bu təklifinə cavab verən KTMT-nin baş katibi Stanislav Zas hərbi blokun bu məsələyə qarışmayacağını bildirib.

Belaruslu generalın rədd cavabı Ermənistanın ictimai-siyasi çevrələrində narazılıq yaradıb, müzakirələrə yol açıb. Bundan sonra Ermənistan baş nazirinə yaxın media qurumları İrəvanın “Rus NATO-su”ndan çıxması məsələsini gündəmə gətirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər