2 Avqust 2021 22:53
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ qoşunları Əfqanıstanın Helmand əyalətinin mərkəzi Laşkargah şəhərində Talibanın mövqelərinə hava zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Favad Aman açıqlama verib.

O, ABŞ hərbi qüvvələrinin Laşkargah şəhərinə hava hücumu təşkil etdiyini bildirib.

Taliban mövqelərinə edilən hücumda 7 yaraqlının öldürüldüyünü deyən Aman təşkilata aid bir çox silah-sursatın məhv edildiyini diqqətə çatdırıb.

Taliban hələlik bununla bağlı heç bir açıqlama verməyib.

Digər yandan, ABŞ Prezidenti Co Baydenin göstərişi ilə xarici qoşunların ölkədən çıxarılması prosesi davam edir. Bundan sonra Əfqanıstan təhlükəsizlik qüvvələri ilə Taliban arasında şiddətlənən toqquşmalar davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu