7 Avqust 2021 20:33
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da əhalinin 50 faizdən çoxu koronavirus əleyhinə tam vaksinasiyadan keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin pandemiya statistikası üzrə direktoru Sayrus Şahpar özünün tviter səhifəsində yazıb. O, həmçinin proses iştirakçılarını bu tempi saxlamağa çağırıb.

Sayrus Şahparın sözlərinə görə, bu həftə ərzində sutkalıq vaksinasiya hallarının sayı öncəki həftə ilə müqayisədə 11 faiz artıb. ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Mərkəzi son həftə ərzində orta hesabla gündə 699 min peyvənd vurulduğu barədə məlumat yayıb. Ümumilikdə isə ölkədə 165 milyondan çox insan koronavirus əleyhinə tam vaksinasiyadan keçib, 193 milyon insan isə azı bir doza peyvənd vurdurub.

Qeyd edək ki, ABŞ-da vaksinasiya kampaniyasında “BioNTech/Pfizer”, “Moderna” və “Janssen” peyvəndlərindən istifadə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər