9 Avqust 2021 11:03
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistana işgüzar səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov açıqlama verib.

Onun sözlərinə görə, Zas İrəvanda ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşlər keçirəcək.

İki gün ərzində onun Baş nazir Nikol Paşinyan, xarici işlər naziri vəzifəsini icra edən Armen Qriqoryan və Müdafiə naziri Arşak Karapetyanla görüşü planlaşdırılır.

Görüşlər zamanı Stanislav Zas KTMT -nin məsuliyyət zonasında yaranmış vəziyyət, habelə Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasına hazırlıq barədə erməni tərəfini məlumatlandıracaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər