Yer kürəsində iqlim dəyişikliyi sürətlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin (IPCC) son hesabatında bildirilib.
Hesabatda planetimizdəki qlobal iqlim dəyişikliyinin yayıldığı, sürətləndiyi və gücləndiyi barədə xəbərdarlıq olunub.
Hesabatında qlobal istiləşməyə uyğun olaraq Yer kürəsində istilik dalğalarının artacağı, isti fəsillərin müddətinin uzanacağı və soyuq fəsillərin qısalacağı vurğulanıb.