Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki gündür sel fəlakəti ilə mübarizə aparan Qərbi Qaradəniz bölgəsindəki Kastamonu vilayətinin Bozqurd şəhərinə gedəcək.
Teleqraf.com xəbər verir ki, Ərdoğanın cümə namazını orada qılacağı və bundan sonra vətəndaşlara müraciət edəcəyi gözlənilir.
Türkiyə liderinin sədrliyi ilə toplantının keçiriləcəyi gözlənilir.