14 Avqust 2021 10:08
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Baş naziri Boris Conson Əfqanıstandakı vəziyyətlə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, Əfqanıstanda həlak olan 457 ingilis hərbçisinin ailələrinin kədərini bölüşdüyünü deyərək, savaşın əbəs yerə olmadığını söyləyib.

Conson İngiltərənin son 20 ildə Əfqanıstan üçün edilənlərdən sonra son dərəcə qürur duya biləcəyini vurğulayıb.

“Əmin ola biləcəyimiz şey Əfqanıstanın yenidən terror yuvasına çevrilməsinin qarşısını almaqda bizimlə ortaq maraqları olan bütün bölgədəki və dünyadakı bütün ortaqlarımızla işləməkdir.

Birləşmiş Krallıq silahlı qüvvələrinin səyləri sayəsində uzun müddətdir “Əl-Qaidə” Qərbə hücum etmir. Üstəgəl, son 20 ildə Əfqanıstanda 3 milyon qız və qadının təhsil alması təmin edilib”, - Conson söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər