Qarabağdakı Rusiya sülhməramlıları erməni uşaqları üçün dağlarda sağ qalmağın əsaslarını əks etdirən “gənc döyüşçü” kursu keçiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ağdərədə keçirilən praktiki məşğələlərə 13 yaşdan 18 yaşa qədər uşaqlar qatılıb.
Rusiyalı hərbçilər məktəblilərə minaaxtaranlar tərəfindən yoxlanılmamış ərazidə oyun oynamaqdan yarana biləcək təhlükələri, habelə ilkin tibbi yardımın göstərilməsi üsullarını izah ediblər.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksandr Koroleyev erməni uşaqlarının əldə etdikləri bilikləri praktiki olaraq göstərdiklərini bildirib.