Əfqanıstanın bütün telekanalları “Quran” qiraəti və “Taliban” hərəkatının fəaliyyəti ilə bağlı xəbər yayımına başlayıb.
Teleqraf.com xəbər verir ki, digər teleproqramların yayımı ləğv edilib.
Yalnız bir kanalda sənədli tarixi filmlərin yayımı davam etdirilir. Daha əvvəl günün bu saatında əfqan kanallarında müxtəlif əyləncə proqramları yayımlanırdı.