Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Antoni Blinken prezident Əşrəf Qaninin Əfqanıstanı tərk etməsindən sonra ölkədəki vəziyyəti müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
"Tərəflər dövlət başçısının Əfqanıstanı tərk etməsindən sonra ölkədəki vəziyyəti, mövcud hökumətin çökməsini və de-fakto rejim dəyişikliyini müzakirə ediblər", - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Sergey Lavrov amerikalı həmkarına vəziyyəti qiymətləndirməyi və Rusiya səfirliyinin Əfqanıstanın bütün əsas siyasi qüvvələrinin nümayəndələri ilə sabitlik və asayişin təşviqi naminə təmasları genişləndirməyin vacibliyi haqqında məlumat verib.