“Əfqanıstanı tərk etməyə məcbur oldum. Qan tökülməsini istəmirdim”.
Teleqraf.com xəbər verir ki, bunu Əfqanıstanın istefa verən prezidenti Əşrəf Qani sosial şəbəkə vasitəsilə əhaliyə müraciətində deyib.
Onun sözlərinə görə, “Taliban” Kabilə daxil olmayacağı barədə söz versə də, əvvəlcədən prezident sarayını mühasirəyə almışdı.
O, həmçinin yaxın zamanda Əfqanıstana qayıdacağını bildirib.