İsrail qırıcıları Livan hava sahəsindən istifadə etməklə Suriyanın paytaxtı Dəməşq çevrəsində bəzi hədəfləri zərbələr endirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İsrail qırıcıları Dəməşq yaxınlığındakı Kişvah dağlarında yerləşən Bəşər Əsəd qüvvələrinin və İran meyilli milislərin bazalarını vurub.
Suriya hava hücumundan müdafiə sistemləri hava hücumuna qarşılıq versə də, Dəməşqdə partlayış səsləri eşidilib.
Təl-Əviv hava hücumuna dair açıqlama yaymayıb.