23 Avqust 2021 20:33
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın keçmiş rabitə və informasiya texnologiyaları naziri Sayed Əhməd Şah Sədat Almaniyanın Leypsiq şəhərində qida çatdırılma xidmətində kuryer olaraq işə düzəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın "Leipziger Volkszeitung" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Sədat 2020-ci ildə vəzifəsini tərk edərək Almaniyaya köçüb.

Hazırda dolanışıq üçün "Lieferando" çatdırılma xidmətinə yemək və içkilər çatdırır. Keçmiş nazir kuryer kimi velosipeddən istifadə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər