İranda evlərində it saxlayan və ya ictimai yerlərdə it gəzdirən şəxsləri şallaq cəzası gözləyir.
Publika.az İranın Şərq qəzatinə istinadən xəbər verir ki, bunuanla bağlı qanun layihısi 32 millət vəkili tərəfindən imzalanıb.
Qanun layihəsi parlament tərəfindən qəbul edilərsə, it sahiblərinə ya 74 şallaq vurulacaq, ya da 400 manatdan 4000 manatadək cərimə ediləcək.
Bundan əvvəl isə əxlaq polsi evində it saxalayanları və ya küçədə gəzdirənləri xəbərdarlıq edir və ya iti müsadirə edirdi.
Qeyd edək ki, üç il əvvəl İranda buna bənzər qanun layihəsi parlament tərəfindən qəbul edilməyib.