24 Avqust 2021 10:20
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ avqustun 31-dən sonra Həmid Karzai adına beynəlxalq hava limanına nəzarət mövzusunda "Taliban"la danışılar aparır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prike deyib.

O, bu istiqamətdə görüşlər keçirildiyini desə də, detalları açıqlamayıb.

Bundan başqa sözçü həmçinin qeyd edib ki, "Taliban" ilə təxliyə müddətinə müdaxilə etməmələri daxil olmaqla, bir sıra məsələləri müzakirə ediblər:

“Bu ana qədər proses ciddi problem olmadan davam edir”.


Müəllif: Cavad

Oxşar xəbərlər