20 il Əfqanıstanda qalan ABŞ mobil həbsxanalar və mülki qırğınlarla əlaqədar müzakirə olunmağa davam edir.
Teleqraf.com xəbər verir ki, ötən illərdə əməliyyatlara qatılan amerikalı pilotların və pilotsuz təyyarə operatorlarının etirafları mülki qırğınları bir daha gündəmə gətirib.
ABŞ hərbçilərinin terrorla mübarizə adı altında keçirdikləri əməliyyatların çoxu mülki qırğınlarla nəticələnib. Bu qırğınları əməliyyatlara qatılan bəzi Amerika əsgərləri də etiraf ediblər. Həmin əməliyyatların bəziləri 2019-cu ildə keçirilib. Əməliyyatlarda iştirak edən dron operatorlarının silahsız insanları necə öldürdüyünə dair görüntüləri və etiraflar da var.
İki pilotun və operatorun etiraflarını ehtiva edən ilk görüntüdə “dron hücum edənləri cəzalandırırdı, öldürmək üçün öldürürdük” ifadəsi diqqət çəkir.
Başqa bir etirafçı peşman olduğunu ifadə edərək bunu deyib: “Etdiyimiz işlə fərq yaratmaq istəyirdik”.
Başqa bir etiraf isə, gənc bir əfqan ailəsinin təsadüfən öldürülməsinin travmatik nəticələrini ehtiva edir.
Keçmiş pilotun etirafında qeyd olunub: “Bu gün iki günahsız insanı öldürdük, təəssüf ki, motosikletləri ilə hədəfimizin önündə dayanmışdılar”.
2019-cu ildə həyata keçirilən əməliyyatların Pentaqonun etiraf etdiyindən daha çox vətəndaş ölümünə səbəb olduğu təxmin edilir.