İsrail Səhiyyə Nazirliyi son sutkada yeni yoluxma sayının bir qədər azaldığını və 8880 nəfər olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ölkədə 139 min test keçirilib. Müsbət cavab səviyyəsi 6,57%-dir. Pozitiv cavab səviyyəsi qırmızı şəhərlərdə 15-20%-ə çatır.
Həmçinin, ağır xəstələrin də sayı bir qədər azalıb – bu gün onların sayı 680 nəfərdir. Eyni zamanda ağır koronavirus vəziyyətində xəstəxanaya yerləşdirilmə sayı çox yüksək olaraq qalmağa davam edir – gün ərzində təxminən 100.
Ağır xəstələrdən 349-u peyvənd olunmayıb, 314-ü peyvənd olunub, 15-i qismən peyvənd olunub.
Son sutka ərzində koronavirusdan 13, həftənin əvvəlindən bu yana 89, cari ayda isə 431 nəfər ölüb.