Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 244 nəfər vəfat edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 295 647 nəfər test edilib, 18 340 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 14 528 nəfər sağalıb.
Bildirilib ki, ən az bir doz peyvənd vurdulanların sayı ən yüksək olduğu 10 vilayət sırasıyla Muğla, Çanaqqala, Edirne, Kırklareli, Balıkesir, Amasya, Tekirdağ, Aydın, Antalya və Yalovadır.
Şanlıurfa, Gümüşhane, Bitlis, Mardin, Diyarbəkir, Muş, Bingöl, Batman, Bayburt və Siirt, ən az bir doz peyvənd vurduların sayın ən aşağı olduğu vilayətlərdir.