28 Avqust 2021 16:44
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ senatoru Robert Kennedinin qatili 50 ildən artıq həbsdə qaldıqdan sonra şərti olaraq azadlığa buraxılma hüququ əldə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Los Angeles Times” qəzeti məlumat yayıb.

ABŞ Prezidenti Con Kennedinin qardaşı Robert Kennedi 1968-ci ilin iyununda Los-Anceles ətrafında yerləşən bir şəhərcikdəki hoteldə qətlə yetirilib. Cinayətdə fələstinli Sərxan Sərxan günahkar bilinib. O, ölüm hökmünə məhkum edilib, sonra cəza ömürlük həbslə əvəzlənib. Cinayət törədilən zaman Sərxanın 24 yaşı olub.

Vaxtından əvvəl şərti azadlığa buraxma üzrə komissiyanın fələstinlini dəstəkləyən məktublar alıb. O cümlədən öldürülən siyasətçinin oğlu da komissiyaya belə bir məktub yazıb. Prokurorluq Sərxanın vaxtından əvvəl azad edilməsinə etiraz etməyib. İndi qərar Kaliforniya qubernatoru Qevin Nyusom tərəfindən verilməlidir.

77 yaşlı fələstinli 1972-ci ildən şərti azadlığa buraxılmaq üçün müraciət edə bilir. O, 1983-2006-cı illər ərzində bir neçə dəfə cəhd göstərsə də həmişə rədd cavabı alıb. Sonuncu dəfə ona 2016-cı ildə rədd cavabı verilib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər