Sudanda Prezident Sarayına hücum olub.
Teleqraf.com-un “Röyters”ə istinadən verdiyi məlumata görə, naməlum şəxs Prezident Sarayına daxil olaraq iki nəfər əsgəri öldürüb.
Sudan prezidentinin mətbuat katibi bildirib ki, həmin şəxs mühafizə xidmətinin əməkdaşları tərəfindən öldürülüb.
Prezident Ömər Həsən əl-Bəşir isə hücum zamanı Sarayda olmayıb.