Avqust 29-dan etibarən İraqa gedən sürücü və sərnişinlərdən COVID-19 testini almaq öhdəliyi dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İraq İbrahim Xəlil Sərhəd Qapısı Mülki İdarəsi məlumat yayıb.
Məlumata görə, iki doza peyvənd olanların sərhədi keçməsinə icazə veriləcək.
İki dozadan peyvəndi olmayan və İraqa girəcək nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərindən isə 48 saat əvvəl verilmiş PCR testin nəticələri istəniləcək.