30 Avqust 2021 19:38
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda peyvənd olunmamış həkimlərin işdən azad olunacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini Vasilis Kontosamanis keçirdiyi brifinqdə bildirib.

O deyib ki, koronavirusa qarşı peyvənd olunmayanlar əsassız olaraq aldıqları pulu geri qaytarmaq öhdəliyi ilə işdən kənarlaşdırılacaqlar. Məmur tibb işçiləri arasında peyvənd olunanların sayının artdığını diqqətə çatdırıb.

Qeyd edək ki, sentyabrın 1 -dən etibarən Yunanıstanda yanğınsöndürənlərin, sosial təminat müəssisələrinin işçilərinin və tibb işçilərinin məcburi peyvənd edilməsi tələbi qüvvəyə minir və bunu etməyənlər əməkhaqqı almadan işdən azad olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər