31 Avqust 2021 10:18
1 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

BƏƏ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Əbu-Dabi vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl-Nəhyanın telefon danışığında ikitərəfli əlaqələrin gücləndirilməsi məsələsinin müzakirə edildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi agentliyi WAM məlumat yayıb.

Məlumatda deyilir ki, Ərdoğan və Nəhyan ikitərəfli əlaqələrin iki dost xalq və ölkənin ortaq maraqlarına xidmət edəcək şəkildə gücləndirmək və inkişaf etdirmək yollarını müzakirə ediblər.

Ərdoğanla Nəhyanın ortaq maraqlar, regional və beynəlxalq mövzularda fikir mübadiləsi apardığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər