Qətərə aid hərbi təyyarə bu saatlarda Kabil hava limanına eniş edib.
Teleqraf.com xəbər verir ki, bu, faktiki olaraq ABŞ-ın Əfqanıstanı tərk etməsindən sonra paytaxt Kabilə eniş edən ilk təyyarədir.
Ehtimal olunur ki, təyyarə texniki mütəxəssisləri Kabilə çatdırır. Burada söhbət hava limanının daimi işlək vəziyyətdə olması üçün tələb olunan mütəxəssislərdən gedə bilər.
Həmin təyyarədə türk mütəxəssislərin olması da istisna deyil.
Qeyd edək ki, hazırda Türkiyə, Qətər və Əfqanıstanda hakimiyyəti götürən Taliban arasında hava limanının işlədilməsinə dair müzakirələr gedir.
Ankara və Doha bu məsələdə eyni mövqedən çıxış edir və Talibandan hava limanının təhlükəsizliyinin təmin edilməsi üçün texniki mütəxəssislərlə paralel təhlükəsizlik mütəxəssislərinin də hava limanına nəzarət etməsinə razı salmağa çalışır.