1 Sentyabr 2021 21:14
3 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada təhlükəsizlik şirkətinin əməkdaşı Rusiyaya casusluq etməkdə günahlandırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “France 24” nəşri məlumat yayıb.

Məhkəmə 56 yaşlı Yens F.-ni 2017-ci ildə Almaniyadakı parlament binalarının planlarını Rusiya səfirliyinin hərbi attaşesinə satmaqda ittiham edib.

Prokuror Frank Stappi iddia edib ki, o, Rusiya tərəfinə Bundestaqın istifadə etdiyi 300 binanın planı haqda məlumatlar olan bir disk verib.

Almaniya hakimiyyəti Rusiya səfirliyinin hərbi attaşesinin kəşfiyyatçı olduğunu ehtimal edir. Eyni zamanda, təqsirləndirilən vətəndaşın işlədiyi təhlükəsizlik şirkətinin Bundestaqla müqaviləsi olub.

Yens F. keçmiş kommunist Şərqi Almaniya ordusunda xidmət edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər