Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Talibanla danışıqlar və Kabil hava limanının işlədilməsi ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, nazir bu və digər məsələlərlə bağlı Talibanla danışıqların aparıldığını deyib.
“Ən vacib məsələ Kabil hava limanının təhlükəsizliyidir. Təhlükəsizliklə bağlı fikirlərimizi Talibana çatdırmışıq”, - Çavuşoğlu qeyd edib.
Onun sözlərinə görə, bundan sonra Əfqanıstanda atılacaq addımlar birlikdə koordinasiya edilməlidir: “Bu, tək Türkiyənin və ya Qətərin üzərinə düşən məsələ deyil”.
Eyni zamanda, Türkiyənin baş diplomatı əlavə edib:
“Məsuliyyəti kim götürəcək? Bu məsələdə şərtlər dəyişib. Taliban və bəzi ölkələrdən bizimlə əməkdaşlıq istəkləri ifadə olunub. Onları dəyərləndiririk”.