BƏƏ və Qətərə aid iki təyyarə Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən Həmid Kərzay Beynəlxalq Hava Limanına eniş edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu”nun Əfqanıstandakı müxbiri Seyid Xodayberdi Sadat məlumat verib.
Məlumata görə, “Taliban” qruplaşması aeroportun fəaliyyətini bərpa etmək istəyir.
Bildirilib ki, hazırda aeroport ərazisində təmizlik işləri aparılır.