“Avropa Birliyi ordusunun yaradılması transatlantik ittifaqı zəiflədə və Avropanı parçalaya bilər”.
Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
“Avropanın özünün təhlükəsizliyini təmin etmək üçün müdafiəsinin gücləndirilməsi ilə bağlı töhfəsini alqışlayıram, amma NATO-nun yerini tutmamalıdır. Şimali Amerika ilə Avropa arasındakı əlaqəni qorumaq lazımdır”, - NATO rəhbəri bildirib.
Stoltenberqin fikrincə, Qərbin kifayət qədər resursu yoxdur, ona görə də NATO-nun funksiyalarının təkrarlanmasının qarşısını almaq lazımdır.
Qeyd edək ki, bundan əvvəl AB diplomatiyasının rəhbəri Josef Borrell və AB hərbi komitəsinin rəhbəri Klaudio Qraziano Avropa Birliyi daxilində ən az beş min nəfərdən ibarət sürətli reaksiya qüvvəsinin yaradılmasını təklif ediblər.