Pəncşiri ələ keçirən Taliban elan edib ki, dirənişçilərin liderlərindən olan, ölkənin keçmiş vitse-prezidenti Əmrullah Salih xaricə qaçıb.
Teleqraf.com xəbər verir ki, səhər saatlarında Əfqanıstanda dirənişçilərin sonuncu qalası olan Pəncşiri ələ keçirdiyini elan edən Taliban Emrullah Salihin ölkədən qaçdığını açıqlayıb.
Qeyd edək ki, prezident Əşrəf Qani ölkədən qaçdıqdan sonra Əmrullah Salih özünü müvəqqəti prezident elan etmişdi.
Taliban nümayəndələri Salihin Tacikistana qaçdığını bildirir.
Qeyd edək ki, Əmrullah Salih Kabil Talibanın əlinə keçdikdən sonra özünə sadiq olan qrupla Pəncşir vilayətinə gələrək burada dirənişçilərin liderlərindən birinə çevrilmişdi.