10 Noyabr 2014 14:33
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın şimal-şərqində, Yoba ştatının Potiskum şəhərində məktəbdə baş verən partlayış nəticəsində ən azı 48 nəfərhəlak olub.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Assoşieyted Press ölənlərin gətirildiyi şəhər morqunun işçisinə istinadən xəbər verib.

Zərərçəkənlərin sözlərinə görə, partlayış məktəbli formasında məktəbə daxil olan terrorçunun özün partlatması nəticəsində baş verib.

Frans Press hadisə yerində zərərçəkənlərə yardım edən xilasedicilərə istinadən xəbər verir ki, terror aktı zamanı ən azı 72 nəfər yaralanıb.

Nihad


Müəllif: