Rusiya sentyabrın 11-də Taliban tərəfindən qurulan müvəqqəti hökumətin andiçmə mərasiminə qatılmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
Əfqanıstanda narkotik ticarəti və terrorizmlə bağlı hansı gəlişmələrin olacağını bilmədiklərini bildirən Peskov deyib: “Bu səbəbdən yeni rəhbərliyin Əfqanıstanda hansı addımlar atacağını bilmək bizim üçün vacibdir”.
Rusiyanın taliblərin sentyabrın 11-də yeni müvəqqəti hökumətin andiçmə mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Peskov qeyd edib: “Xeyr, Rusiya heç bir şəkildə iştirak etməyəcək”.
ABŞ geri çəkildikdən sonra Əfqanıstanı nəzarətə götürən Taliban Türkiyə, Çin, Rusiya, İran, Pakistan və Qətəri yeni hökumətin təqdim edilməsi mərasiminə dəvət edib.