Rusiya və Belarus Silahlı Qüvvələrinin “Qərb-2021” birgə hərbi təlimləri davam edir.
Teleqraf.com xəbər verir ki, sentyabrın 10-da başlayan birgə təlim Rusiya Prezidenti Vladimir Putinin Qərbə hərbi gücünü nümayiş etdirən “qorxutma” hərəkəti kimi dəyərləndirilir.
Avropa sərhədinə yaxın bölgələr də daxil olmaqla, Rusiyanın 9, Belarusun 5 regionunda davam edən təlimlərdə hər iki ölkənin ordusundan 200 minə yaxın hərbçi və personal iştirak edir.
Sentyabrın 16-da başa çatacaq təlimə 80 təyyarə və vertolyot, 290 tank, 240 top, çoxlu raket buraxılış sistemi və 15 döyüş gəmisi daxil olmaqla 760 hərbi maşın qatılıb.
Rusiya Müdafiə Nazirliyi “Qərb-2021” təlimində “Platform-M” hücum robotlarının ilk dəfə sınaqdan keçirildiyini açıqlayıb.