Latviyada küçənin ortasında silahlı hərbçilər insanları qorxuya salsa da, sonradan bunun hərbi təlim olduğu üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Latviya ordusunun qəribə təlimi insanları təlaşlandırıb.
Latviya ordusunun paytaxt Riqanın mərkəzi küçələrində keçirdiyi hərbi təlimlər maraqlı görüntülər ortaya çıxarıb.
Silahlı əsgərlərin küçənin ortasında havaya atəş açmaları ətrafdakı insanları qorxuya salıb.
Qışqıraraq qaçan insanların görüntüləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Latviya Müdafiə Nazirliyi bundan sonra hadisənin ordu tərəfindən təşkil edilən hərbi təlimin bir hissəsi olduğunu açıqlayıb. Nazirlik hərbçilərin təlimə görə küçədə olduqlarını bildirib və qorxulu anlar yaşayan Riqa sakinlərindən üzr istəyib.
“Səs-küy yaradan, amma təhlükə yaratmayan güllələrdən istifadə edirik, bu səhv başa düşülüb. Bunun üçün üzr istəyirik, amma insanlarımızı təlimlər üçün anlayış göstərməyə dəvət edirik”, - açıqlamada qeyd olunub.