14 Sentyabr 13:20
672

Rusiya prezidenti Vladimir Putin ətrafında qeydə alınan koronavirus halları ilə bağlı özünütəcrid rejiminə keçib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

Putinin özünün xəstəliyə yoluxub-yoluxmaması barədə məlumat verilməyib.

Qeyd olunub ki, özünütəcrid rejimi ilə əlaqədar Rusiya prezidenti Kollektiv Təhükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində videokonfrans formatında iştirak edəcək.


Müəllif: Teleqraf.com