15 Sentyabr 2021 13:30
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Teleqraf.com xəbər verir ki, nazir bu barədə Feysbuk səhifəsində yazıb.

“Bakının işğaldan qurtuluşunun 103-cü ilində necə bir xoşbəxtlikdir ki, artıq Qarabağ azaddır. Əziz şəhidlərimizi rəhmətlə anıram. Ruhları şad olsun”, - Çavuşoğlu qeyd edib.

Türkiyənin baş diplomatı qeydini “TekMilletİkiDevlet” haştağı ilə paylaşıb.


Müəllif: Mənsur Rəğbətoğlu