18 Sentyabr 2021 08:25
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Qara ərazisində PKK terrorçularının mövqelərinə hava zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, hava zərbələri nəticəsində təşkilatın 6 terrorçusu məhv edilib.

"Türkiyə ordusu son döyüşçünün məhv edilməsinə qədər PKK terrorçularına qarşı mübarizəni davam etdirəcək", - xəbərdə vurğulanır.

Qeyd edək ki, 1984-cü ildə yaradılan PKK təşkilatının terrorçuları Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşını və 6 800 dinc sakini qətlə yetiriblər.

ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına daxil edib.


Müəllif: Teleqraf.com