19 Sentyabr 2021 12:59
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı toplantısında iştirak etmək üçün bu gün ABŞ-a gedəcək.

Teleqraf.com xəbər verir ki, Ərdoğan ABŞ-a səfəri çərçivəsində bir çox dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək. Ərdoğan BMT baş katibi Antoni Quterreşlə də görüşəcək.

Suriya, Liviya, Cənubi Qafqaz, Aralıq dənizinin şərqindəki durum və digər geosiyasi məsələlərin Türkiyə liderinin keçirəcəyi ikitərəfli görüşlərdə müzakirə ediləcəyi ehtimal olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər