Rusiya Prezidenti Vladimir Putin Dağıstan Muxtar Respublikasının başçısı vəzifəsinə üç namizədi təqdim edib.
Teleqraf.com xəbər verir ki, onların arasında muxtar respublika rəhbərinin səlahiyyətlərini icra edən Sergey Melikov, Samir Abdulxalikov Samir və Kamil Davdiyev var.
Abdulxalikov Samir Dağıstan Respublikasının seçki komissiyasının üzvüdür, Kamil Davdiyev isə Dağıstan Respublikası Xalq Məclisi sədrinin müavinidir.