20 Sentyabr 23:39
746

SpaceX”-in “Inspiration 4” missiyası cəmi üç gün davam etsə də, bir çox aerokosmik qurum tərəfindən yüksək qiymətləndirilib.

Teleqraf.com xəbər verir ki, amerikalı milyarder İlon Mask bu uğurun ən azı Ağ Evdən gələn təşəkkürə layiq olduğunu düşünür. “ABŞ prezidenti hətta “St. Jude” üçün yüz milyonlarla dollar toplamağa kömək edən ən yeni dörd amerikalı astronavtı tanımaqdan belə imtina etdi”, - Mask bildirib.

“Bunun niyə belə olduğuna dair fikriniz nədir?”, sualına Mask belə cavab verib: “Hələ yatır”. Mənsur Rəğbətoğlu


Müəllif: Mənsur Rəğbətoğlu