11 Noyabr 2014 15:33
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq koalisiya qüvvələrinin İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı təşkil etdiyi hücumda Türkiyənin Mosul Konsulluğunu vurduğu iddia edilib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün səhər saatlarında döyüş təyyarələri Ninova vilayətinin mərkəzi olan Mosulda bombardman həyata keçirib.

Əməliyyatda vurulan yerlər arasında Türkiyə Baş Konsulluğunun, Şəriət Məhkəməsinin, icra hakimiyyətin binaları var.

Rəsmilər hücumlarda İŞİD-in çoxlu sayda hərbçisinin öldürülüdüyünü qeyd edirlər.

Samir


Müəllif: