İsrailə 1 milyard dollarlıq hərbi yardım fondunun ayrılmasını nəzərdə tutan qanun layihəsi ABŞ Nümayəndələr Palatasında təsdiq edilib.Se
Teleqraf.com xəbər verir ki, fond İsrailin “Dəmir künbəz” raketdən müdafiə sisteminin yenilənməsi üçün nəzərdə tutulub.
Qanun layihəsinin yaxın günlərdə Senatın gündəliyinə daxil olacağı və oradakı səsvermədə qəbul ediləcəyi gözlənilir.
Keçən il ABŞ İsrailin “Dəmir künbəz” sisteminin yenilənməsi üçün İsrailə 1.6 milyard dollar yardım etmişdi.