Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün rusiyalı həmkarı Vladimir Putin ilə Soçidə keçirilən görüşünü məhsuldar adlandırıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti bu barədə özünün Tvitter səhifəsində yazıb.
"Həmkarım V.Putinlə məhsuldar görüşdən sonra Soçidən ayrıldıq", - Irdoğan qeyd edib.
Vladimir Putin, öz növbəsində Türkiyəli həmkarına səfərə görə təşəkkür edib və danışıqların nəticələrini yüksək qiymətləndirib.