1 Oktyabr 2021 15:35
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada ötən gün keçirilməsi planlaşdırılan məhkəmə prosesi zamanı təkcə ölkəni deyil, dünyanı şoka salan hadisə yaşanıb. Polşada yerləşən nasist düşərgə mərkəzinin rəisinin köməkçisi vəzifəsini daşımış 96 yaşlı Irmqard Furçnerin məhkəmə prosesi başlayarkən məlum olub ki, nasits xanım yoxa çıxıb. Furçnerin bir anda yoxa çıxmasına baxmayaraq onu ələ keçirmək mümkün olub.

Teleqraf.com hadisənin ilginc olduğunu nəzərə alaraq Almaniyada ilk nasist qadın kimi Irmqard Furçnerin məhkəməyə çəkilməsi və onun fəaliyyəti haqqında detalları təqdim edir:

Nasist Almaniyasında saxlama düşərgəsi rəisinin köməkçisi olmuş 96 yaşlı Irmqard Furçnerin Şimali Almaniyada minlərlə məhkumun öldürülməsinə köməklik etmək ittihamı ilə məhkəmə önünə çıxarılacaq. Bütün ölkə qadının 11 mindən çox cinayətə görə ittiham edilməsini gözləyərkən onun yoxa çıxması haqda xəbər gəlib.

Hitler Almaniyasının işğalı altındakı Polşada yerləşən Stutthof düşərgəsində işləməyə başlayarkən 18 yaşında olan Irmqard Furçnerin 10 illər sonra nasist Almaniyası ilə əlaqəli cinayətlərdə ittiham olunan ilk xanımdır. Qocalar evində yaşayan 96 yaşlı qadın iddia olunan cinayətlərə görə Hamburqun şimalındakı Lyzehoe bölgə məhkəməsində hakim önünə çıxarılacaq. Irmqard Furçnerin Almaniya cinayət məcələsinin 11.412-ci maddəsi-cinayətlərə yardım etmək, yaltaqlıq etmək və 18 cinayətin təşəbbüs ortağı olmaqda günahlandırılır.

Irmqard Furçnerin məhkəməsində prokurorlar Adolf Hitlerin əsas gücü olan SS-də komandan paul Verner Hoppenin baş köməkçisinin həbs düşərgəsində kütləvi qətliamlarda iştirak edib-etməməsini araşdırır.

Adolf Hitler “köməkçisinin” vəkilləri isə müştərilərinin sadəcə qadın olduğunu, əsas fəaliyyətini masada göstərdiyini, komandan adına gələn məktub və teleqramları oxuduğunu, razmaq və radio yayımları göndərdiyini deyir, Furçnerin düşərgədəki fiziki baxımdan heç kimə zərər vermədiyini, xanım nasistin minlərlə insanın öldürülməsində iştirak etmədiyini və bunu isbat edəcək dəlillərin olmadığını əsas gətirirlər.

Ötən gün məhkəmə başlasa da Irmqard Furçner yoxa çıxıb. Ltzehoe əyalət məhkəməsinin sədri Dominik Qross prosesə gəlməyən Hitler “köməkçisi” barəsində həbs qərarı çıxarıldığını bəyan edib.

Qocalar evində yaşayan Irmqard Furçnerin dünən səhər Norderstedt metro stansiyasına getmək üçün taksiyə mindiyi, amma sonra yoxa çıxdığı aydın olub. Aparılan axtarışlar zamanı bir küçədə saxlanılan nasist polis bölməsinə gətirilib.

İşin maraqlı tərəfi ondadır ki, Irmqard Furçnerin 1954-cü ildən 1982-ci ilə qədər Adolf Hitler kadrlarının mühakimə olunduğu bütün proseslərdə şahid qismində dindirilib. O cümlədən keçmiş rəisi Hoppe və düşərgədəki digər SS zabitləri ilə bağlı prosesdə. Ancaq xanım nasist şahid qismində iştirak etdiyi məhkəmələrdə hər dəfə baş verən cinayətlər haqqında heç nə bilmədiyini, məhkumlarla təmasda olmadığını iddia edib.

Öncədən ürəyində problemlər olan Irmqard Furçnerin öz məhkəmə prosesinə qatılmayacağı deyilirdi. Vəkili Molkentin Furçnerin özünə qarşı irəli sürülən ittihamlara cavab vermədiyini qeyd edib.

Məlumat üçün qeyd edək ki, Qdanskinin 37 kilometr şərqində yerləşən Stutthof düçərgəsini nasistlər 1939-cu ildə qurub. Bura ilkin mərhələdə mülki insanlar üçün əsir düşərgəsi kimi fəaliyyət göstərib. Daha sonra saxlama düşərgəsinə çevrilib. Araşdırmalar göstərir ki, bu kampda 100 mindən çox təhudi və siyasi məhkumlar saxlanılıb və bunların 65 mini öldürülüb.


Müəllif: Nemət