16 Oktyabr 2021 22:59
3 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın İqtisadiyyat və enerji naziri Peter Altmayer ölkəsi və Avropanın ən əhəmiyyətli qaz tədarükçüsü olan Rusiyanı yüksək qaz qiymətləndən yararlanması mövzusunda xəbərdarlıq edib.

Teleqraf.com-un məlumatına görə, nazir bəyan edib ki, alman hökuməti Rusiyaya qarşı birtərəfli asılılığın qarşısını almaq üçün əlindən gələni edəcək.

“Əlbəttə, kimsənin məsuliyyətsiz qazanc əldə etməməsi, bu vəziyyətdən yararlanmaması üçün əlimizdən gələni edəcəyik”, - Alman nazir son həftələr enerji qiymətlərinin artması haqqında danışarkən bildirib.

Almaniya mətbuatında Rusiyanın Avropanı qazla təmin edəcək “Şimal axını 2” boru kəmərinin ən qısa zamanda təsdiqlənməsi üçün təbii qaz təchizatını məhdudlaşdıra biləcəyi iddiaları var. Avropaya gedən boru kəməri qazla dolu olsa da, Almaniya enerji tənzimləyiciləri qaz axını üçün icazə verməlidir.

Rusiya isə bütün qaz tədarük öhdəliklərinə əməl edəcəyini vurğulayaraq yüksək qiymətlərdən istifadə etdiyini inkar edir.


Müəllif: Nemət